33.1. İnfrastruktur operatoru Şuranın qərarı ilə ayrılmış radiotezlikdən (radiotezliklərdən) istifadə edir.
33.2. İnfrastruktur operatoru yerüstü yayımçının proqramlarının retranslyasiyasını təmin etməlidir.
33.3. İnfrastruktur operatoru yerüstü ümumölkə yayımçısının ölkə üzrə, yerüstü regional yayımçının isə müvafiq region üzrə yerüstü yayımının təmin olunması üçün yerüstü yayımçı ilə müqavilə bağlayır və bu Qanunun 29.4-cü maddəsində göstərilən məbləğdə xidmət haqqı alır.
33.4. İnfrastruktur operatoru istifadəçilərə ödənişli retranslyasiya xidməti göstərə bilməz.
33.5. İnfrastruktur operatoru multipleks və platforma operatorlarına, həmçinin peyk operatoruna siqnalın ötürülməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqqı almaqla həyata keçirir.