Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 34

Maddə 34. Multipleks operatoru

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

34.1. Multipleks operatoru üçün radiotezlik (radiotezliklər) onun istifadəsinə Şura tərəfindən bu Qanunun 5-ci fəslinə müvafiq olaraq keçirilən müsabiqə əsasında verilir. Müsabiqənin qalibi eyni zamanda multipleks operatoru üçün müvafiq lisenziya əldə etmiş sayılır.

34.2. Növbəti radiotezlik (radiotezliklər) əldə etmək istəyən multipleks operatoru radiotezliyin (radiotezliklərin) verilməsinə dair müsabiqədə iştirak etməlidir. Bu müsabiqənin nəticəsində qalib olmuş multipleks operatoruna yenidən lisenziya verilmir.

34.3. Multipleks operatoru müqavilə əsasında istifadəçiyə audiovizual proqramların satışını həyata keçirir.

34.4. Multipleks operatoru müqavilə əsasında platforma yayımçısının proqramlarının retranslyasiyasını həyata keçirə bilər.

34.5. Multipleks operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir.

34.6. Multipleks operatorunun fəaliyyətində Şura tərəfindən monitorinqin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququ təmin edilməlidir.

34.7. Multipleks operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver