35.1. Yerüstü yayım üçün radiotezlik siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərtib olunur və yerüstü yayım üçün istifadəyə yararlı radiotezliklər haqqında məlumatlar hər yarımildə 1 (bir) dəfə Şuraya təqdim edilir. Bu məlumatlar Şuranın sorğusu əsasında da təqdim olunur.
35.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və infrastruktur operatoru hər yarımildə 1 (bir) dəfə yayım imkanları barədə Şuraya məlumat verir. Bu məlumatlar Şuranın sorğusu əsasında da təqdim olunur.
35.3. Şura ümumölkə və regional yerüstü yayım üçün istifadəyə yararlı radiotezliklərin və yayım imkanlarının istifadəsini təşkil edir.