46.1. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:
46.1.1. audiovizual media sahəsində tənzimləməni həyata keçirmək;
46.1.1-1. media və yayım sahəsində qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək;
46.1.2. media və yayım sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
46.1.3. bu Qanunla müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.