Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 55

Maddə 55. Peyk yayımı həyata keçirməyən platforma yayımçısı, platforma operatoru və sifarişli yayım xidməti provayderi üçün lisenziyanın verilməsi qaydaları

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

55.1. Bu Qanunun 50.2.2-ci, 50.3-cü və 50.4-cü maddələrində göstərilən lisenziyaların alınması üçün bu Qanunun 52.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər kağız və ya elektron formada Şuraya təqdim edilir (bu Qanunun 52.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla).

55.2. Təqdim edilmiş sənədlərə qeydiyyata alındığı gündən 10 (on) iş günü müddətində Şura tərəfindən baxılır və lisenziyanın verilməsi və ya verilməsindən imtina edilməsi haqqında qərar qəbul olunur və bu qərar ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

55.3. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar barədə məsələlərə bu Qanunun 52.5-ci maddəsinə uyğun olaraq baxılır.

55.4. Bu Qanunun 53.1-ci və 54.1-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduqda, Şura tərəfindən lisenziyanın verilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilir və bu qərar 3 (üç) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

55.5. Lisenziyanın verilməsindən imtina üçün əsaslar olmadıqda Şura tərəfindən lisenziyanın verilməsi barədə qərar qəbul edilir və bu qərar 3 (üç) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

55.6. Ərizəçiyə lisenziyanın verilməsi üçün dövlət rüsumu ödəmək vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verilir. Ərizəçi bu məlumatı aldığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumunu ödəməlidir.

55.7. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Şuraya ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 55.6-cı maddəsində nəzərdə tutulan müddətdə Şuraya təqdim edilmədikdə, Şura tərəfindən bu Qanunun 58.2-ci maddəsində göstərilən tədbirlər görülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver