Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 57

Maddə 57. Lisenziyanın dayandırılması

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

57.1. Lisenziya aşağıdakı hallarda dayandırılır:

57.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

57.1.2. lisenziya sahibi bu Qanunun və Şuranın qərarlarının pozulması hallarının aradan qaldırılmasına dair Şuranın göstərişlərini yerinə yetirmədikdə;

57.1.3. bu Qanunun 29.4-cü maddəsində göstərilən xidmət haqqının 6 (altı) ay ərzində ödənilməməsi barədə infrastruktur operatorunun Şuraya müraciəti olduqda.

57.2. Lisenziya Şuranın qərarı ilə dayandırılır. Həmin qərarda lisenziyanın dayandırılmasına əsas verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 57.1.2-ci maddəsində göstərilən əsas üzrə lisenziyanın dayandırılması haqqında qərarda, həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir.

57.3. Lisenziya sahibi lisenziyanın dayandırıldığı müddət bitənədək bu Qanunun 57.1.2-ci və 57.1.3-cü maddələrində göstərilən halı aradan qaldırmalı və nəticəsi barədə 3 (üç) iş günü müddətində Şuraya yazılı məlumat verməlidir.

57.4. Bu Qanunun 57.1.1-ci maddəsində göstərilən əsas üzrə dayandırılmış lisenziya lisenziya sahibinin müvafiq ərizəsinə, bu Qanunun 57.1.2-ci və 57.1.3-cü maddələrində göstərilən hallarda dayandırılmış lisenziya isə həmin halın aradan qaldırılması barədə lisenziya sahibinin təqdim etdiyi yazılı məlumata əsasən Şuranın qərarı ilə bərpa olunur.

57.5. Lisenziyanın dayandırılması və bərpa olunması haqqında qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində lisenziya sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

57.7. Radiotezlik istifadəçisi olan audiovizual media subyektinin lisenziyasının dayandırılması və bərpa olunması barədə qərarın surəti qərarın qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində Şura tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanına (qurumuna) və infrastruktur operatoruna göndərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver