Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 64

Maddə 64. Çap mediası məhsulu və onun yayımı

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

64.1. Çap mediası məhsulunun yayımı bilavasitə redaksiya, müqavilə əsasında naşir və rabitə müəssisələri, habelə digər hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.

64.2. Çap mediası məhsulunun istehsalı və onun yayımı kommersiya və qeyri-kommersiya məqsədilə həyata keçirilə bilər. Qeyri-kommersiya məqsədilə həyata keçirilən yayım üçün nəzərdə tutulmuş məhsulun üzərində “Pulsuz” qeydi olur.

64.3. Çap mediası subyekti Media Reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap mediası məhsulunun özü, yaxud nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımı qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver