66.1. Bu Qanunun 14.1.1-ci, 14.1.2-ci, 14.1.4-cü, 14.1.5-ci, 14.1.7-ci, 14.1.9-cu, 14.1.10-cu, 14.1.13-cü, 14.1.13-1-ci və 14.1.14-cü maddələrinin tələblərinə cavab verməyən informasiyalar dərc edilən xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına məhkəmənin qərarı ilə qadağa qoyula bilər.
66.2. Məhkəmə bu Qanunun 66.1-ci maddəsinin tələblərinə zidd olaraq xarici çap mediasının artıq paylanmış məhsulunu satışdan yığışdırmaq barədə qərar qəbul edə bilər.