27.1. Əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər:
27.1.1. fərdi əmək mübahisələri;
27.1.2. kollektiv əmək mübahisələri.
27.2. Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
27.3. Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulmuş təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar.