Qanunvericilik › Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Tərəflərin hüquq və vəzifələri

Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Tərəflərin aşağıdakı hüquqları vardır:

9.1.1. bu Qanunun 5-ci və 6.1-ci maddələrində nəzərdə tutulan hüquqlar;

9.1.2. mediasiya təşkilatını və ya mediatoru seçmək və onlardan imtina etmək;

9.1.3. mediasiyanın aparılmasında şəxsən və ya etibarnamə əsasında təmsilçi vasitəsilə iştirak etmək;

9.1.4. mediasiya prosesi və onun mümkün nəticələri barədə məlumat almaq;

9.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

9.2. Tərəflər qarşılıqlı razılaşma əsasında bu Qanuna uyğun olaraq, mediasiya prosesinin tətbiqinin, onun həyata keçirilməsinin və başa çatdırılmasının bütün şərtlərini sərbəst şəkildə müəyyən edə bilərlər.

9.3. Tərəflərin aşağıdakı vəzifələri vardır:

9.3.1. barışıq sazişinin icrasını təmin etmək;

9.3.2. mediasiya prosesinin konfidensiallığını qorumaq;

9.3.2-1. bu Qanunun 36.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, mediasiya xərclərini ödəmək;

9.3.3. bu Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver