Qanunvericilik › Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Hakim vəzifəsinə namizədin qulluq yerinin müəyyən edilməsi

Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Hakimlərin Seçki Komitəsi test imtahanı, yazılı imtahan və müsahibədən müvəffəqiyyətlə keçmiş hər bir namizəd barəsində Məhkəmə-Hüquq Şurasına öz təkliflərini təqdim edir. Namizəd barəsində təklifdə aşağıdakı məlumatlar əks etdirilməlidir:

15.1.1. adı, atasının adı, soyadı;

15.1.2. tərcümeyi-hal və xarakterizəedici məlumatlar;

15.1.3. test imtahanı, yazılı imtahan və müsahibənin nəticələri;

15.1.4. hakim vəzifəsinə uyğunluğu barədə məlumat, o cümlədən ixtisaslaşdırma haqqında rəy.

15.2. Məhkəmə-Hüquq Şurası hakim vəzifəsinə seçilmiş namizəd barəsində Hakimlərin Seçki Komitəsinin təklifinə baxır, hakim vəzifəsinə namizədin seçilməsində qanunvericiliyin və Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamənin tələblərinin pozulub-pozulmamasını müəyyən edir və hakim vəzifəsini tutmaq üçün müəyyən etdiyi minimum və daha çox bal toplamış namizədin vakant hakim vəzifələrindən birinə təyin edilməsi barədə müvafiq təqdimat verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver