16.0. Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifəsinə seçilmiş namizədlərin hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdimat verir. Vakant hakim vəzifəsinə təyin edilmə haqqında təqdimatda namizəd barəsində aşağıdakı məlumatlar göstərilir:
16.0.1. adı, soyadı, atasının adı;
16.0.2. tərcümeyi-hal və xarakterizəedici məlumatlar;
16.0.3. test imtahanı, yazılı imtahan və müsahibənin nəticələri;
16.0.4. hakim vəzifəsinə uyğunluğu barədə məlumat, o cümlədən ixtisaslaşdırma haqqında rəy;
16.0.5. təyin edilməsi təklif olunan vəzifə.