Qanunvericilik › Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. İntizam icraatına xitam verilməsi

Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Məhkəmə-Hüquq Şurası aşağıdakı hallarda intizam icraatına xitam verir:

22.1.1. hakimin hərəkətində pozuntu müəyyən edilmədikdə;

22.1.2. hakim haqqında intizam icraatı intizam pozuntusunun aşkar edildiyi gündən keçən bir il və törədildiyi gündən keçən üç il müddətində başlamadıqda.

22.2. İşin halları və qanun pozuntusunun dərəcəsi nəzərə alınaraq müzakirə ilə kifayətlənməklə də intizam icraatına xitam verilə bilər.

22.3. Hakimin səlahiyyətlərinə xitam verildikdə onun barəsindəki intizam icraatına da xitam verilir.

22.4. İntizam məsuliyyəti məsələsinə baxılan hakimin öz arzusu ilə vəzifəsindən çıxmaq barədə yazılı ərizəsinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 112-1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver