Qanunvericilik › Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Məhkəmə-Hüquq Şurasının intizam icraatı üzrə qərarı

Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Məhkəmə-Hüquq Şurasının intizam icraatı üzrə yazılı formada tərtib edilən qərarında aşağıdakılar göstərilir:

23.1.1. şuranın adı və iclasda iştirak edən üzvləri;

23.1.2. qərarın çıxarılma yeri və tarixi;

23.1.3. intizam məsuliyyəti məsələsinə baxılan hakimin soyadı, adı, atasının adı və vəzifəsi;

23.1.4. intizam icraatının başlanılması barədə müraciət etmiş şəxs;

23.1.5. baxılan məsələnin mahiyyəti;

23.1.6. məsuliyyət məsələsinə baxılan hakimin izahatı;

23.1.7. Məhkəmə-Hüquq Şurasının müəyyən etdiyi hallar və gəldiyi nəticə;

23.1.8. qərarın məzmunu;

23.1.9. qərardan şikayət verilmə qaydası və müddəti.

23.2. İntizam icraatı üzrə Məhkəmə-Hüquq Şurasının qərarı səsvermədə iştirak edən hakim üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İntizam icraatı üzrə səsvermə məsuliyyət məsələsinə baxılan hakimin, intizam icraatının başlanılması haqqında müraciətlə çıxış etmiş şəxsin, habelə dəvət olunmuş şəxslərin iştirakı olmadan keçirilir. Səslər bərabər bölündükdə hakim intizam məsuliyyətinə cəlb edilmir. İntizam icraatı üzrə qərarın nəticəvi hissəsi dərhal açıq elan edilir. Əsaslandırılmış qərar isə on gün müddətində tərtib edilir.

23.3. Qəbul olunmuş qərarın surəti intizam məsuliyyəti məsələsinə baxılan hakimə və intizam icraatının başlanılması barədə müraciət etmiş şəxsə qərar tərtib olunduqdan sonra üç gün ərzində təqdim edilir.

23.4. İntizam məsuliyyəti məsələsinə baxılmış hakim və intizam icraatının başlanılması barədə müraciət etmiş şəxs intizam icraatı üzrə iclasın protokolu ilə onun tərtibindən sonra tanış ola bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver