Qanunvericilik › Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Məhkəmə-Hüquq Şurasının maliyyələşdirilməsi və atributları

Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.

5.2. Məhkəmə-Hüquq Şurası ona həvalə edilən vəzifələrin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələrdən də maliyyələşə bilər.

5.3. Məhkəmə-Hüquq Şurası müstəqil balansa, dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamplara, emblemə, blanklara, xəzinə və bank hesablarına malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver