6.1.Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
6.2. Məhkəmə-Hüquq Şurasının tərkibi aşağıdakı şəxslərdən təşkil olunur:
6.2.1. hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi;
6.2.2. hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;
6.2.3. hakimlərin konfransı tərəfindən seçilən birinci instansiya məhkəmələrinin üç hakimi;
6.2.4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
6.2.5. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
6.2.6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
6.2.7. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil;
6.2.8. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim;
6.2.9. hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi.
6.4. Məhkəmə-Hüquq Şurasına üzv seçilən (təyin edilən) şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə on ildən artıq iş stajına malik olmalıdırlar.
6.6. Məhkəmə-Hüquq Şurası üzvlərinin səlahiyyət müddəti beş ildir.