6-1.1. Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının bu Qanunun 6.2.1 – 6.2.3-cü və 6.2.9-cu maddələrində göstərilən üzvlərinin seçilməsi üçün keçirilir.
6-1.2. Hakimlərin konfransında kassasiya, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri aşağıdakı qaydada təmsil olunurlar:
6-1.2.1. Azərbaycan Respublikasının Ali Məhkəməsindən 5 hakim;
6-1.2.2. hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim;
6-1.2.3. hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim;
6-1.2.4. hər rayon (şəhər) məhkəməsindən 1 hakim.
6-1.3. Hakimlərin konfransı bu Qanunun 6-1.2-ci maddəsində nəzərdə tutulan hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir.
6-1.4. Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının bu Qanunun 6.2.1 – 6.2.3-cü və 6.2.9-cu maddələrində göstərilən üzvlərini açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçir.