Qanunvericilik › Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Məhkəmə-Hüquq Şurası üzvlərinin müstəqilliyi, toxunulmazlığı və bərabərliyi

Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Məhkəmə-Hüquq Şurasının üzvləri müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Məhkəmə-Hüquq Şurasının üzvü şuradakı fəaliyyətinə, səsverməyə, söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməz, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

9.2. Məhkəmə-Hüquq Şurasının hakim olmayan üzvləri hakim statusundan irəli gələn toxunulmazlığa malikdirlər. Məhkəmə-Hüquq Şurası üzvünün cinayət təqibi, bununla bağlı onun səlahiyyətlərinin icrasına buraxılmaması və bu səlahiyyətlərin sonrakı bərpası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 101-ci maddəsində hakimlər üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

9.3. Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə aid bütün məsələlərin həllində Şura üzvlərinin hüquqları bərabərdir.

9.4. Məhkəmə-Hüquq Şurasının üzvləri onların statusunu təsdiq edən xidməti vəsiqəyə malikdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver