Dövlət tərəfindən müdafiə olunan şəxslər (bundan sonra — müdafiə olunan şəxslər) aşağıdakılardır:
1) bütün məhkəmə hakimləri;
2) prokurorlar;
3) müstəntiqlər;
4) təhqiqat aparan şəxslər;
5) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər;
6) ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini, miqrasiya sahəsində idarəetməni həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını təmin edən, habelə cinayət işləri üzrə məhkəmə hökmlərini, qərarlarını və qərardadlarını, istintaq orqanlarının və prokurorların qərarlarını icra edən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları;
7) bu maddənin 1—6-cı bəndlərində nəzərdə tutulan şəxslərin yaxın qohumları.
Yaxın qohumlar dedikdə — valideynlər, uşaqlar, övladlığa götürənlər, övladlığa götürülənlər, doğma qardaş və bacılar, babalar, nənələr, nəvələr, habelə ər-arvad başa düşülür.
Məhkəmə və hüquq mühafizə orqanları işçiləri işdən çıxdıqda və ya başqa işə keçdikdə əvvəlki xidmət vəzifələrinin icrası ilə əlaqədar olaraq həyatına və sağlamlığına, mənzilinə, əmlakına təhlükə yarandıqda onların barəsində təhlükəsizlik tədbirləri tətbiq edilir.
II fəsil
Təhlükəsİzlİk tədbİrlərİ