Qanunvericilik › Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Müdafiə olunan şəxslər barəsində tətbiq edilən təhlükəsizlik tədbirlərinin növləri

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Müdafiə olunan şəxslər barəsində aşağıdakı təhlükəsizlik tədbirləri tətbiq edilə bilər:

1) müdafiə olunan şəxsi, onun mənzilini və əmlakını mühafizə etmə;

2) müdafiə olunan şəxsə xüsusi fərdi müdafiə vasitələri vermə, onu mövcud təhlükə barədə xəbərdar etmə;

3) müdafiə olunan şəxsi müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirmə;

4) müdafiə olunan şəxs barəsində olan məlumatların məxfiliyini qoruma;

5) müdafiə olunan şəxsi başqa işə keçirmə, onun iş və ya təhsil yerini dəyişdirmə, onu başqa yaşayış yerinə köçürmə;

6) müdafiə olunan şəxsin sənədlərini və onun xarici görkəmini dəyişdirmə.

Bundan əlavə Hərbi prokurorluğun hərbi qulluqçularının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bundan əlavə aşağıdakı tədbirlərin də həyata keçirilməsinə yol verilir:

1) digər hərbi hissəyə və ya hərbi idarəyə ezam etmə;

2) yeni xidmət yerinə köçürmə.

Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qaydaları bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver