Meliorasiya və irriqasiya sistemləri pasportlaşdırılmalıdır. Pasportlaşdırma aparılarkən meliorasiya və irriqasiya sistemləri, habelə meliorasiya və irriqasiya sisteminə daxil olan və ya ayrılıqda yerləşən hər bir hidrotexniki qurğu üçün onların texniki xarakteristikası və vəziyyəti barədə məlumatları özündə əks etdirən pasport tərtib edilir.
Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.