Suvarılan və meliorasiya olunmuş torpaqların uçotu həmin torpaqların meliorativ vəziyyəti, hidrogeoloji, texniki və digər xüsusiyyətləri barədə məlumatların toplanmasıdır. Bu məlumatlar dövlət torpaq kadastrına daxil edilir.
Suvarılan və meliorasiya olunmuş torpaqların uçotu və uçot məlumatlarının dövlət torpaq kadastrına daxil edilməsi qaydaları Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilir.