Qanunvericilik › Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Suvarılan və meliorasiya olunmuş torpaqların monitorinqi

Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Suvarılan və meliorasiya olunmuş torpaqların monitorinqi dövlət torpaq monitorinqi sisteminin tərkib hissəsi olub, suvarılan və meliorasiya olunmuş torpaqların vəziyyətinə sistemli müşahidədir. Həmin müşahidələrə əsasən suvarılan və meliorasiya olunmuş torpaqların vəziyyətində baş verən dəyişikliklər aşkar edilir, onlar qiymətləndirilir və tədbirlər sistemi işlənib hazırlanır.

Torpaqların monitorinqi meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı və elmi-tədqiqat institutları tərəfindən aparılır. Torpaqların monitorinqinin aparılması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver