Qanunvericilik › Memarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Memarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifələri

Memarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Memarlıq fəaliyyəti ilə məşğul olan şəxslər memarlıq fəaliyyəti sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə, layihələşdirmə və tikinti sahəsində dövlət standartlarına, tikinti və ekoloji norma və qaydalara, şəhərsalma normativinə və şəhərsalma fəaliyyətinin həyata keçirilməsi qaydalarına, şəhər və digər yaşayış məntəqələrinin tikinti qaydalarına, memarlıq-planlaşdırma tapşırığının tələblərinə riayət etməlidirlər.

Memar memarlıq layihəsinin reallaşdırılması barədə sifarişçinin məqsədini onun razılığı olmadan açıqlaya bilməz.

Memarın müsabiqədə iştirak edən podrat təşkilatının gəlirində şəxsi marağı, eləcə də münsiflər heyətinin üzvü olarsa, tikinti üzrə podrat müqaviləsi bağlanarkən memarlıq obyektinin inşasına müəllif nəzarətini həyata keçirmək və obyektin istismara qəbulu zamanı sifarişçinin məsul nümayəndəsinin öhdəliklərini öz üzərinə götürmək və memarlıq layihəsi üzrə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

III fəsil

Memarlıq layİhələndİrə və obyektlərİndə dəyİşİklİklərİn aparılması

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver