Qanunvericilik › Memarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Memarlıq layihəsinin dəyişdirilməsi

Memarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı memarlıq layihəsinin dəyişdirilməsi müəllifin razılığı ilə aparılır.

Dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırılma layihəsindən kənara çıxarsa, bu dəyişikliklər müvafiq icra hakimiyyəti və müvafiq dövlət ekspertiza orqanları ilə razılaşdırılmalı və sifarişçi tərəfindən təsdiq edilməlidir.

Layihə həyata keçirilərkən baş vermiş dəyişikliklər aşkar edilərsə, layihə müəllifi bu səbəbdən dəyə biləcək ziyanın qarşısını almaq məqsədilə, tikintiyə icazə vermiş orqana bu barədə məlumat verir və qanunvericiliyə uyğun olaraq müəlliflik hüququnun pozulmasının qarşısını almaq üçün tədbirlər görür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver