Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakılara əməl etməyə borcludurlar: meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun olaraq istifadə etmək; meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl etmək; əhalinin sağlamlığına, ətraf mühitə ziyan vurmamaq; meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsullarla istifadə etmək; istifadəyə verilmiş meşə fondu sahələrində meşə yanğını təhlükəsizliyi qaydalarına riayət etmək və həmin sahələrdə yanğın baş verməməsi üçün tədbir görmək, meşə yanğını baş verdikdə onun söndürülməsini təmin etmək; qırılma üçün ayrılmış ağacları tam kəsib götürmək, oduncağın tədarükü və daşınmasını müəyyən edilmiş müddətdə başa çatdırmaq; oduncaq tədarükü ilə bir vaxtda sahələri qırma qalıqlarından təmizləmək; meşə fondu sahələrinin (torpaqlarının) icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş müddətdə və şərtlərlə meşəbərpa tədbirlərini həyata keçirmək; istifadəyə verilmiş meşə fondu sahələrini (torpaqlarını) öz hesabına meşə fondu sahələrinin icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş vəziyyətə gətirmək; meşə fondu sahələrində işlər başa çatdıqdan sonra onları müvafiq meşə t Maddə 50. …, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş vəziyyətə gətirmək; meşə fondu sahələrində işlər başa çatdıqdan sonra onları müvafiq meşə təsərrüfatı müəssisələrinə təhvil vermək; meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəmək; meşə fondundan istifadə üçün haqları vaxtında ödəmək; meşələrdə sanitariya qaydalarına riayət etmək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş digər rəsmi tələbləri yerinə yetirmək; başqa meşə istifadəçilərinin hüquqlarını pozmamaq; meşə fondundan istifadə barədə, habelə meşə fondundan istifadəyə görə ödəmələrin miqdarını müəyyən etmək üçün lazımi məlumatları müəyyən edilmiş qaydada meşə təsərrüfatı müəssisələrinə, dövlət statistika orqanlarına vermək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Qanunvericilik › Azərbaycan Respublikasının Meşə Məcəlləsi › Maddə 50
Maddə 50. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin vəzifələri
Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver