QanunvericilikAzərbaycan Respublikasının Meşə Məcəlləsi › Maddə 51

Maddə 51. Meşə fondu istifadəçilərinin hüquqlarının müdafiəsi

Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meşə fondu istifadəçilərinin pozulmuş hüquqları bərpa olunmalı və onlara vurulan zərər ödənilməlidir. Zərərin ödənilməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Dövlət ehtiyacları üçün meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “ Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında ” Azərbaycan Respublikasının Qanununda torpaqların dövlət ehtiyacları üçün alınması haqqında nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver