QanunvericilikAzərbaycan Respublikasının Meşə Məcəlləsi › Maddə 56

Maddə 56. Meşələrin məhsuldarlığının artırılmasına qoyulan əsas tələblər

Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meşələrin məhsuldarlığının artırılması, meşə fondu sahələrindən səmərəli istifadə və meşə təsərrüfatı işlərinin məqsədyönlü aparılması yolu ilə təmin edilir. Meşələrin məhsuldarlığının artırılması elmi cəhətdən əsaslandırılmış qırma sisteminin tətbiqi, meşələrin bərpası, onların cins tərkibinin yaxşılaşdırılması, seleksiya-genetika əsasında daimi meşə toxumçuluğu bazasının yaradılması və ondan səmərəli istifadə, hidromeşəmeliorasiya tədbirləri, meşələrə qulluq, digər meşə təsərrüfatı işləri aparmaq yolu ilə həyata keçirilir. Meşələrin məhsuldarlığının artırılması tədbirləri meşə quruluşu layihələrinə uyğun olaraq meşə təsərrüfatı müəssisələri tərəfindən görülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver