Meşələrin məhsuldarlığının artırılması məqsədilə aşağıdakılar həyata keçirilməlidir: meşələrə qulluq, seleksiya, meşə toxumçuluğu, qiymətli ağac cinslərinin sort-sınağı üzrə işlər aparmaq, torpaqların münbitliyini artırmaq, onların su və külək eroziyasının, bataqlaşmasının, şoranlaşmasının və torpaqların vəziyyətinin pisləşməsinə səbəb olan digər proseslərin qarşısını almaq, habelə meşələrin cins tərkibini yaxşılaşdırmaq, onların məhsuldarlığını və qoruyucu xüsusiyyətlərini artırmaq (bu zaman palıd, fıstıq, qoz, şam və başqa qiymətli ağac cinslərinin saxlanması və onların vaxtında bərpası təmin olunmalıdır); aralıq istifadə üçün qırmalar aparmaq; meşələrin bərpası, yeni meşələr salınması, çox rütubətləşmiş torpaqların hidromeşəmeliorasiyası sahəsində tədbirlər görmək; meşə təsərrüfatı təmayüllü yollar çəkmək. VII fəsil Meşə fondunun mühafizəsi və qorunması
Qanunvericilik › Azərbaycan Respublikasının Meşə Məcəlləsi › Maddə 57
Maddə 57. Meşələrin məhsuldarlığının artırılması
Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver