QanunvericilikAzərbaycan Respublikasının Meşə Məcəlləsi › Maddə 59

Maddə 59. Meşələrin mühafizəsi və qorunması tədbirlərinin həyata keçirilməsi qaydası Müvafiq icra hakimiyyəti orqanları və meşə təsərrüfatı

Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

müəssisələri meşələrin mühafizəsi və qorunması, zərərvericilər, xəstəliklər və yanğınlarla mübarizə tədbirləri həyata keçirirlər. Müvafiq icra hakimiyyəti orqanları və meşə təsərrüfatı müəssisələri zəruri hallarda, yüksək yanğın təhlükəsi dövründə əhalinin, nəqliyyat vasitələrinin meşəyə girməsini, habelə ayrı-ayrı meşə fondu sahələrində müəyyən iş növlərinin aparılmasını məhdudlaşdırır və ya qadağan edir. Meşə zonalarında tullantıların basdırılması qadağandır. Fiziki və hüquqi şəxslərin meşə yanğınlarının söndürülməsinə cəlb olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver