QanunvericilikAzərbaycan Respublikasının Meşə Məcəlləsi › Maddə 58

Maddə 58. Meşələrin mühafizəsinin və qorunmasının məqsəd və vəzifələri Meşələr yanğından, qanunsuz qırılmadan, meşədən istifadənin müəyyən edilmiş

Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

qaydalarının pozulması hallarından və meşəyə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən və xəstəliklərdən mühafizə edilməlidir. Meşələrin mühafizəsi və qorunması, onların bioloji və digər xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir, meşə fondundan səmərəli istifadə, meşələri məhv olmaqdan, zədələnmədən, zəifləmədən, çirklənmədən və digər mənfi təsirlərdən mühafizə sahəsində təşkilati, hüquqi və başqa tədbirlər sistemindən ibarətdir. Meşələrin mühafizəsi və qorunması meşə təsərrüfatı müəssisələri tərəfindən, yerüstü vasitələrdən və müəyyən edilmiş qaydada aviasiyadan istifadə etməklə həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver