Qanunvericilik › Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Azərbaycan Respublikasında arxiv xidməti

Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında arxiv işinin həyata keçirilməsi, Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi və istifadəsi məqsədi ilə dövlət arxiv xidməti yaradılır.

Dövlət arxiv xidmətinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının dövlət arxivləri, dövlət arxivinin filialları və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivləri daxildir. Dövlət arxiv xidməti təşkilatları Milli arxiv fonduna aid sənədlərin komplektləşdirilməsini, dövlət qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirirlər, habelə bu Qanuna uyğun olaraq hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətləri göstərirlər. Ödənişli arxiv xidmətlərinin siyahısını və onların göstərilməsinə görə xidmət haqlarının məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver