10.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları - dövlət tərəfindən yaradılan, qanunvericilik çərçivəsində fəaliyyət göstərən və Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin etmə qabiliyyətinə malik olan qurumlardır.
10.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları aşağıdakılardır:
10.2.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələr;
10.2.2. Azərbaycan Respublikasının xüsusi xidmət orqanları;
10.2.3. polis, prokurorluq, gömrük, vergi və digər hüquq mühafizə orqanları;
10.2.4. sənaye, energetika, nəqliyyat sahəsində işlərin təhlükəsiz görülməsi qaydalarına məsuliyyət daşıyan, rabitə və informasiya təhlükəsizliyini, ətraf mühitin mühafizəsini və əhalinin sağlamlığının qorunmasını təmin edən dövlət orqanları və milli təhlükəsizliyinin təmin olunmasında iştirak edən digər dövlət orqanları.
10.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada qarşılıqlı fəaliyyət göstərir və səlahiyyətləri ilə bağlı məsələlərlə əlaqədar bir-birini qarşılıqlı surətdə məlumatlandırırlar.