Qanunvericilik › Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sisteminin əsas vəzifələri

Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.0. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sisteminin əsas vəzifələri aşağıdakılardır:

9.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin aşkarlanması, təhlili və proqnozlaşdırılması;

9.0.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin qabaqlanması və qarşısının alınması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;

9.0.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvə və vasitələrin formalaşdırılması və hazırlığının təmin edilməsi;

9.0.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə bilavasitə təhdid və qəsdlərin yarandığı təqdirdə bütün qüvvə və vasitələrin səfərbər edilməsi, müvafiq əks tədbirlər kompleksinin həyata keçirilməsi, yaranmış vəziyyətin mümkün nəticələrinin lokallaşdırılması və aradan qaldırılması;

9.0.5. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olaraq ümumi və regional təhlükəsizliyin təmin olunmasında iştirak.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver