QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 5

Maddə 5. Miqrasiya proseslərinin iştirakçıları

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.0. Miqrasiya proseslərinin iştirakçıları aşağıdakılardır:

5.0.1. miqrasiya proseslərinin idarə olunmasında və tənzimlənməsində iştirak edən, habelə həmin proseslərə dövlət nəzarətini həyata keçirən dövlət orqanları;

5.0.2. xarici ölkəyə gedən, orada müvəqqəti və ya daimi yaşayan, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları;

5.0.3. əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən və onların Azərbaycan Respublikasında qeydiyyata alınması prosesində iştirak edən şəxslər;

5.0.4. Azərbaycan Respublikasına viza əsasında və ya viza tələb olunmayan qaydada gələn, burada müvəqqəti olan, müvəqqəti olma müddəti uzadılan, müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

5.0.5. əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət etmiş, onların ölkədə müvəqqəti olması, müvəqqəti olma müddətinin uzadılması, qeydiyyata alınması və əmək miqrasiyası, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi proseslərində iştirak edən təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

5.0.6. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasit Maddə … likləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

5.0.6. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik edən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər. FƏSİL 2 ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN MİQRASİYA UÇOTU

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver