QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 6

Maddə 6. Miqrasiya uçotunun məqsədləri

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu (bundan sonra – miqrasiya uçotu) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında bu Məcəllə ilə nəzərdə tutulmuş məlumatların, habelə onların yerdəyişməsi haqqında məlumatların qeydə alınması və ümumiləşdirilməsi sahəsində fəaliyyətdir.

6.2. Miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biridir və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sərbəst hərəkət etmək, ölkə ərazisində olma və yaşama yeri seçmək və digər hüquq və azadlıqlarının təmin olunmasına, habelə Azərbaycan Respublikasının miqrasiya sahəsində milli maraqlarının həyata keçirilməsinə və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir.

6.3. Miqrasiya uçotu aşağıdakı məqsədlərlə aparılır:

6.3.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və azadlıqlarını həyata keçirməsi, habelə üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməsi üçün lazımi şərait yaradılması;

6.3.2. miqrasiya sahəsində dövlət siyasətinin işlənməsi və həyata keçirilməsi;

6.3.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerdəyişməsinin nəticələrinin proqnozlaşdırılması məqsədi ilə belə yerdəyişmə haqqında tam, dəqiq və operativ məlumatın formalaşdırılması, habelə miqrasiya sahəsində statistik müşahidənin aparılması;

6.3.4. təbii fəlakət, fövqəladə vəziyyət, sosial xarakter Maddə … v məlumatın formalaşdırılması, habelə miqrasiya sahəsində statistik müşahidənin aparılması;

6.3.4. təbii fəlakət, fövqəladə vəziyyət, sosial xarakterli fövqəladə mühit, hərbi vəziyyət və digər bu kimi hallarda idarəetmənin təmin olunması;

6.3.5. qanunsuz miqrasiyaya və digər qanunazidd hərəkətlərə qarşı mübarizə aparmaqla ictimai asayişin və Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması;

6.3.6. Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında, habelə onların yerdəyişməsi haqqında məlumatların sistemləşdirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver