72.1. İş icazəsinin qüvvədə olma qaydalarına nəzarəti (sahibkarlara münasibətdə “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında ” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
72.2. Nəzarət qaydasında müvafiq icra hakimiyyəti orqanı:
72.2.1. əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən işçi qüvvəsi kimi istifadə edilməsini tənzimləyən normativ hüquqi aktlara və bu Məcəllənin tələblərinə riayət edilməsini yoxlayır;
72.2.2. yoxlama zamanı ortaya çıxan məsələlər haqqında işəgötürəndən, habelə əcnəbidən və vətəndaşlığı olmayan şəxsdən məlumat və ya arayış alır;
72.2.3. bu Məcəllənin 73-cü maddəsində nəzərdə tutulmuş hallarda iş icazəsini ləğv edir;
72.2.4. iş icazəsi olmadan işə cəlb edilmiş əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri, habelə həmin şəxsləri işə cəlb etmiş işəgötürənləri qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edir.
72.3. İşəgötürənlər yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa, tələb olunan sənədləri təqdim etməyə borcludurlar.
72.4. Yoxlama nəticəsində qanun pozuntusu aşkar olunduqda, bu barədə iki nüsxədən ibarət protokol, qanun pozuntusu aşkar olunmadıqda isə akt tərtib edilir. Protokolu (aktı) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsləri və işəgötürən imzalayırlar. Protokolu (aktı) imzalamaqdan imtina edildikdə, bu barədə həmin sə Maddə … üvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsləri və işəgötürən imzalayırlar. Protokolu (aktı) imzalamaqdan imtina edildikdə, bu barədə həmin sənəddə qeyd edilir. Protokola (akta) işəgötürənin izahatı əlavə olunur. Protokolun (aktın) bir nüsxəsi işəgötürəndə qalır.
72.5. Nəzarət qaydasında aparılan yoxlamalara digər dövlət orqanlarının nümayəndələri də cəlb edilə bilər.