QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 71

Maddə 71. İş icazəsinin qüvvədən düşməsi

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

71.1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, işəgötürən bu barədə 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və ya iş icazəsinin bu Məcəllənin 66.0.3-cü maddəsi tətbiq edilmədən rəsmiləşdirilməsinə əsas olan hal aradan qalxdıqda, şəxsə verilmiş iş icazəsi öz qüvvəsini itirir.

71.2. İş icazəsi qüvvəsini itirdikdə və əməkçi miqrantın Azərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver