QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 79

Maddə 79. Kənara çıxarma haqqında qərar

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

79.1. Müvafiq icra hakimiyyəti orqanı aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir:

79.1.1. vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə;

79.1.2. Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz hesab edildikdə;

79.1.3. cəza çəkməkdən azad edilmiş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşamaları üçün bu Məcəllənin 45-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda;

79.1.4. qaçqın statusu verilməsindən imtina edildikdə.

79.2. Kənara çıxarma haqqında qərarla həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət qoyulur. Bu Məcəllənin 79.1.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə gəlməsinə qoyulmuş məhdudiyyət götürülür.

79.3. Qaçqın statusu verilmiş, habelə Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edilmir.

79.4. İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək kəna Maddə … 1 il müddətində, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək kənara çıxarma haqqında qərar qəbul edilmir. İnsan alverinin qurbanı olan uşaqlar barəsində kənara çıxarma haqqında qərar qəbul edilmir.

79.5. Kənara çıxarma haqqında qərar əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi vaxtdan həmin şəxslərin üzərinə aşağıdakı müddətlərdə ölkəni tərk etmək öhdəliyi qoyur:

79.5.1. cəza çəkməkdən azad edilmiş, vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı ləğv edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində olması arzuolunmaz hesab edilmiş şəxslər – 48 saat ərzində;

79.5.2. müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş, habelə qaçqın statusu verilməsindən imtina edilmiş şəxslər – 10 gün ərzində.

79.6. Kənara çıxarma haqqında qərarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması əsaslandırılmalıdır.

79.7. Barəsində kənara çıxarma haqqında qərar qəbul olunmuş şəxs həmin qərarla tanış edilməli və qərarın bir nüsxəsi ona təqdim olunmalıdır. Əgər həmin şəxs Azərbaycan dilini bilmirsə, bu prosesdə tərcüməçinin iştirakı təmin olunmalıdır.

79.8. Kənara çıxarma haqqında qərardan məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi kənara çıxarma haqqında qərarın icrasını dayandırmır.

79.9. Kənara çıxarma haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Maddə … qqında qərarın icrasını dayandırmır.

79.9. Kənara çıxarma haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver