80.1. Bu Məcəllənin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin 79.5-ci maddəsində müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Onların Azərbaycan Respublikasının ərazisini həmin müddət ərzində tərk etməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
80.2. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda, onlar müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə bu Məcəllədə müəyyən olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilirlər.
80.3. İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq ölkə hüdudlarından kənara çıxarılmalı olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə bu Məcəllədə müəyyən olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşd Maddə … a məhkəmənin qərarı ilə bu Məcəllədə müəyyən olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilirlər.
80.4. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma ilə bağlı sənədləşmə yubandıqda və ya çıxarılma haqqında qərarın vaxtında icrasına mane olan digər üzrlü səbəb olduqda, müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi həmin orqanın əsaslandırılmış müraciəti əsasında çıxarılma müddətinin uzadılması məsələsinə baxır.
80.5. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti haqqında məlumatların dəqiqləşdirilməsi zəruri olduqda, müvafiq informasiya sistemləri vasitəsi ilə sorğular verilir və zəruri məlumatlar alınır.
80.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti təsdiq edən sənədləri olmadıqda (itirildikdə, gizlədildikdə və s.), müvafiq icra hakimiyyəti orqanı ilə bu Məcəllənin 81.1-ci maddəsində göstərilən istiqamətlər üzrə xarici ölkələrin səlahiyyətli dövlət qurumları arasında müvafiq razılaşma olduğu təqdirdə birbaşa, bütün digər hallarda isə müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə müraciət olunaraq, müvafiq sənədləşmə işləri aparılır və onların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. 80.6-1. Sərhədkeçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hall Maddə … Sərhədkeçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallarda, habelə həmin şəxslər üçün mənşə ölkələrindən sərhədkeçmə sənədləri əldə etmək mümkün olmadığı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən səyahət sənədi verilir.
80.7. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən biometrik identifikasiya tələblərinə uyğun olaraq əl-barmaq izləri götürülür.
80.8. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlcədən müvafiq icra hakimiyyəti orqanına yazılı məlumatlar göndərilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılarkən, Azərbaycan Respublikasının sərhəd nəzarət məntəqələrinədək müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən müşayiət olunur və dövlət sərhədinin buraxılış məntəqələrində müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına təhvil verilir.
80.9. Azərbaycan Respublikasının ərazisindən çıxarılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu şəxslərin çıxarılması üçün onların vəsaiti olmadıqda, belə xərclərin ödənilməsi onları qəbul edən şəxslərin, idarə, müəssisə və təşkilatların, qəbul edən tərəf olmadıqda isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın Maddə … arı qəbul edən şəxslərin, idarə, müəssisə və təşkilatların, qəbul edən tərəf olmadıqda isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür.
80.10. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.
80.11. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.