83.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə könüllü yerləşdirilmələri üçün ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edirlər. Ərizəyə şəxsiyyəti təsdiq edən sənəd (mövcud olduqda) əlavə olunur. Həmin sənədin Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə m ü vafiq d ö vlət orqanından (qurumundan) əldə edilməsi m ü mk ü n olduqda həmin sənəd ərizə ç idən tələb edilmir. Belə sənədin Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə əldə edilməsi m ü mk ü n olmad ığı hallarda onun təqdim edilməsi ərizə ç inin raz ı l ığı ilə sor ğ u əsas ı nda m ü vafiq dövlət orqan ı ndan (qurumundan) tələb olunur və ya ərizə ç i tərəfindən təmin edilir.
83.2. Müvafiq icra hakimiyyəti orqanı ərizəyə baxaraq, şəxsin Mərkəzdə yerləşdirilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.
83.3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə məcburi yerləşdirilməsi üçün tutma barədə müvafiq icra hakimiyyəti orqanının qərarı və ya məhkəmənin müvafiq qərarı tələb olunur.