QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 82

Maddə 82. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti yerləşdirmə mərkəzlərində yerləşdirilməsi üçün əsaslar və müddətlər

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

82.1. Aşağıdakı hallarda və müddətlərdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə mərkəzlərində (bundan sonra - Mərkəz) könüllü yerləşdirilirlər:

82.1.1. şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə - qaçqın statusu verilməsi məsələsi həll edilənədək;

82.1.2. şəxs qaçqın statusu aldıqda - iş və ya yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətə;

82.1.3. şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda - çıxarılma üçün Azərbaycan Respublikasının İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin 79.5-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində.

82.2. Aşağıdakı hallarda və müddətlərdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə məcburi yerləşdirilirlər:

82.2.1. müvafiq icra hakimiyyəti orqanının inzibati qaydada tutma barədə qərarı olduqda - 24 saatadək;

82.2.2. məhkəmənin inzibati qaydada tutma barədə qərarı olduqda – üç günədək;

82.2.3. bu Məcəllənin 80.2-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin müvafiq qərarı olduqda - qərarda göstərilən, lakin 6 aydan artıq olmayan müddətə.

82.3. Bu Məcəllənin 82.1.3-cü maddəsində nəzərdə tutulan hallar Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya özünün və ailə üzvlərinin minimal tələba Maddə … cəllənin 82.1.3-cü maddəsində nəzərdə tutulan hallar Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya özünün və ailə üzvlərinin minimal tələbatını ödəməyə vəsaiti olmayan şəxslərə tətbiq edilir.

82.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılması müddəti onların Mərkəzdə yerləşdirilməsi barədə qərara uyğun olaraq Mərkəzə qəbul edildikləri andan hesablanır. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddətdən artıq Mərkəzdə saxlanıla bilməzlər. Bu müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi müddətinin başa çatmasına 1 (bir) iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada məlumat verir. Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) haqqında qərar qəbul edir.

82.5. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) haqqında qərar Mərkəzə daxil olduqda bu Məcəllənin 82.6-cı maddəsi nəzərə alınmaqla dərhal icra edilməlidir.

82.6. Maddə … d azad edilməsi (və ya buraxılması) haqqında qərar Mərkəzə daxil olduqda bu Məcəllənin 82.6-cı maddəsi nəzərə alınmaqla dərhal icra edilməlidir.

82.6. Daxil olmuş qərarda göstərilən məlumatlarla əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi işindəki məlumatlar uyğun gəlmədikdə Mərkəzin işçisi dərhal bu barədə Mərkəzin rəisinə məlumat verir və qərarın icrası bu Məcəllənin 82.7-ci maddəsinə uyğun olaraq dayandırılır.

82.7. Bu Məcəllənin 82.6-cı maddəsində nəzərdə tutulmuş halda Mərkəz işçisi qərarın düzgün tərtib edilməsini və şəxsi işin materiallarına uyğunluğunu yoxlayır. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyəti dəqiqləşdirildikdən dərhal sonra həmin əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində qəbul edilmiş qərar icra edilir. Əcnəbi və vətəndaşlığı olmayan şəxs həmin qərarla tanış edilir.

82.8. Mərkəzin rəisi aşağıdakı hallarda müvafiq qərar olmadan protokol tərtib edir və bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə məcburi yerləşdirilməsi barədə qərar qəbul etmiş vəzifəli şəxsə və ya hakimə məlumat verməklə Mərkəzdə yerləşdirilmiş əcnəbini və vətəndaşlığı olmayan şəxsi azad edir:

82.8.1. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda müəyyən olunmuş müddət başa çatdıqda və bu müddət uzadılmadıqda;

82.8.2. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsinin bu Məcəllədə nəzərdə tutulmuş son müddəti başa çatdıqda. Maddə … zdə yerləşdirilməsinin bu Məcəllədə nəzərdə tutulmuş son müddəti başa çatdıqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver