85.1. Mərkəzdə oraya yerləşdirilən şəxslərin bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquqlarının və qanuni mənafelərinin qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə və saxlanılması şəraitinə yönəldilmiş qaydaları təmin edən rejim müəyyən edilir.
85.2. Mərkəzdə rejimi təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Mərkəzin daxili intizam qaydaları (bundan sonra – daxili intizam qaydaları) təsdiq edilir.
85.3. Mərkəzdə rejim Mərkəzin rəisi və işçiləri tərəfindən təmin edilir.
85.4. Qadağan olunmuş əşyaların siyahısı, həmin əşyaların Mərkəzdə saxlanılan şəxslərdə aşkar edildiyi təqdirdə müvafiq tədbirlərin görülməsi və onların məhv edilməsi halları, habelə yemək və maddi-məişət normaları daxili intizam qaydaları ilə müəyyən olunur.
85.5. Şəxs Mərkəzə yerləşdirilərkən Mərkəzin işçiləri tərəfindən bu Məcəllənin müddəaları və daxili intizam qaydaları ilə tanış edilməli və bütün tələblər onlara izah olunmalıdır.
85.6. Qadağan olunmuş əşyaların hazırlanmasının, saxlanılmasının, gəzdirilməsinin, daşınmasının və ya istifadəsinin tənbeh tədbirlərinin tətbiqinə səbəb olması barədə Mərkəzdə saxlanılan şəxsə məlumat verilir və ondan yazılı iltizam alınır.