QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 86

Maddə 86. Daxili intizam qaydaları

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

86.0. Daxili intizam qaydaları ilə aşağıdakılar müəyyən edilir:

86.0.1. şəxsin Mərkəzə qəbul edilərək yerləşdirilməsi, onun qeydiyyatının və şəxsi axtarışının aparılması, əşyalarının yoxlanılması, tibbi müayinədən keçirilməsi və Mərkəzdən azad edilməsi (və ya buraxılması);

86.0.2. şəxsin Mərkəzdə saxlanılması şəraiti və şərtləri, mühafizəsi və müşayiəti, o cümlədən bir Mərkəzdən digər Mərkəzə köçürülməsi;

86.0.3. Mərkəzdə saxlanılan şəxsin daktiloskopik qeydiyyatının aparılması;

86.0.4. bağlamaların, sovqatların və banderolların Mərkəzə gətirilməsi və onların qəbulu, o cümlədən Mərkəzdə saxlanılan şəxsin şəxsi hesabları vasitəsilə pul baratları alması və ya göndərməsi;

86.0.5. şəxsin Mərkəzə məcburi yerləşdirilməsindən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat verməsi;

86.0.6. şəxsin öz dövlətinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqə yaratması;

86.0.7. Mərkəzdə saxlanılan şəxsin qida məhsulları və ən zəruri malları əldə etməsi, yazışması, telefon əlaqəsindən istifadə etməsi;

86.0.8. Mərkəzdə məcburi yerləşdirilən şəxsin gəzintiyə çıxarılması;

86.0.9. Mərkəzə giriş və çıxışın tənzimlənməsi;

86.0.10. Mərkəzdə saxlanılan şəxsin idmanla məşğul olması, stolüstü oyunlar oynaması və televiziya proqramlarına baxması;

86.0.11. Mər Maddə … mlənməsi;

86.0.10. Mərkəzdə saxlanılan şəxsin idmanla məşğul olması, stolüstü oyunlar oynaması və televiziya proqramlarına baxması;

86.0.11. Mərkəzdə saxlanılan şəxsin müdafiəçisi, qanuni nümayəndəsi, qohumları, hüquqi yardım göstərən və ya əlaqələri onun üçün maraq doğuran digər şəxslərlə görüşlərinin təmin edilməsi;

86.0.12. şəxsin Mərkəzin rəisi tərəfindən qəbul edilməsi;

86.0.13. Mərkəzdə saxlanılan şəxs tərəfindən dini ayinlərin yerinə yetirilməsi;

86.0.14. Mərkəzdə saxlanılan şəxsin yemək və maddi-məişət təminatı və normaları;

86.0.15. Mərkəzdə saxlanılan şəxs tərəfindən müraciətlərin göndərilməsi;

86.0.16. Mərkəzdə saxlanılan şəxsə tibbi yardım göstərilməsi, habelə onun tibbi-sanitariya təminatı, tibbi-müayinəsi, tibb müəssisələrində yerləşdirilməsi və ya saxlanılması;

86.0.17. Mərkəzdə saxlanılan şəxsin mülki-hüquq, ailə-hüquq münasibətlərində iştirakı və notarius xidmətlərindən istifadə etməsi;

86.0.18. Mərkəzdə saxlanılan zaman vəfat etmiş şəxsin meyitinin verilməsi;

86.0.19. Mərkəzdə rejimin təmin edilməsi ilə əlaqədar digər məsələlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver