88.0. Mərkəzdə könüllü yerləşdirilən şəxs bu Məcəllənin 87.1.2-ci - 87.1.21-ci maddələrində göstərilən hüquqlardan əlavə, aşağıdakı hüquqlara malikdir:
88.0.1. Mərkəzi tərk etmək və geri qayıtmaq;
88.0.2. Mərkəzin ərazisində (xidməti istifadə üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) sərbəst hərəkət etmək;
88.0.3. öz vəsaiti hesabına müstəqil formada ticarət şəbəkəsindən qida məhsulları və ən zəruri mallar əldə etmək.