87.1. Mərkəzdə məcburi yerləşdirilən şəxs aşağıdakı hüquqlara malikdir:
87.1.1. Mərkəzə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq;
87.1.2. şəxsi təhlükəsizliyi təmin edilməklə yerləşdirilmək;
87.1.3. öz hüquq və vəzifələri və daxili intizam qaydaları ilə yazılı şəkildə ona aydın olan dildə tanış olmaq, bu barədə yazılı məlumatı özündə saxlamaq;
87.1.4. işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq;
87.1.5. müdafiəçi, qanuni nümayəndə, qohumlar, hüquqi yardım göstərən və ya əlaqələri onun üçün maraq doğuran digər şəxslərlə görüşmək;
87.1.6. öz dövlətinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla dərhal əlaqə saxlamaq;
87.1.7. pulsuz yeməklə, maddi-məişət və tibbi-sanitariya xidmətləri ilə təmin olunmaq;
87.1.8. Mərkəzin kitabxanasından istifadə etməklə, ədəbiyyat, qəzet və ya jurnal götürmək, həmçinin öz vəsaiti hesabına yazı ləvazimatı, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək;
87.1.9. dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək;
87.1.10. mülki-hüquq, ailə-hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək;
87.1.11. etik davranışa uyğu Maddə … stifadə etmək;
87.1.10. mülki-hüquq, ailə-hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək;
87.1.11. etik davranışa uyğun rəftar olunmaq;
87.1.12. hüquqazidd məqsədlər üçün istifadə edilə bilən və ya dövlət sirrini və qanunla qorunan digər sirləri özündə əks etdirən sənədlər və yazılar istisna olmaqla, barəsində aparılan işin icraatı ilə tanış olmaq, öz hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsi ilə bağlı sənədləri, yaxud əqli fəaliyyətinin nəticəsi olan yazıları və ya onların surətlərini, o cümlədən müraciətlərinə verilən cavabların surətlərini özündə saxlamaq;
87.1.13. Mərkəzdə saxlanılmasının qanuniliyi, əsaslılığı və ya hüquqlarının və qanuni mənafelərinin pozulması məsələləri ilə bağlı müraciət ünvanlamaq;
87.1.14. idmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq;
87.1.15. şəxsi əşyalardan istifadə etmək;
87.1.16. öz paltar və ayaqqabısından istifadə etmək, münasib paltarı olmadıqda iqlimə uyğun paltarla təmin edilmək;
87.1.17. “ Psixoloji yardım haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;
87.1.18. öz vəsaiti hesabına qəzet və jurnallara abunə yazılmaq;
87.1.19. şəxsi hesabları vasitəsilə pul baratları almaq və göndərmək;
87.1.20. telefon əlaqəsindən istifadə etmək;
87.1.21. televiziya proqramlarına baxmaq;
87.1.22. öz vəsaiti hesabına Mərkəzin işçiləri vasitəsilə ticarət şəbəkəsindən qida məhsulları və ən zəruri mallar əldə etmək;
87.1.23. gü Maddə … ına baxmaq;
87.1.22. öz vəsaiti hesabına Mərkəzin işçiləri vasitəsilə ticarət şəbəkəsindən qida məhsulları və ən zəruri mallar əldə etmək;
87.1.23. gündəlik gəzintiyə çıxarılmaq.
87.2. Mərkəzdə məcburi yerləşdirilən şəxsin bu Məcəllənin 87.1-ci maddəsində sadalanan hüquqları “ Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan minimal təminatlardan az olmamaqla daxili intizam qaydaları ilə təmin edilir.