QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 90

Maddə 90. Mərkəzdə tətbiq edilən tənbeh tədbirləri

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

90.1. Daxili intizam qaydalarını pozan Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində aşağıdakı tənbeh tədbirləri tətbiq edilir:

90.1.1. gəzintiyə çıxarılmaq hüququnun məhdudlaşdırılması;

90.1.2. telefon əlaqəsindən istifadə etmək hüququnun məhdudlaşdırılması;

90.1.3. televiziya proqramlarına baxmaq hüququnun məhdudlaşdırılması;

90.1.4. idmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq hüququnun məhdudlaşdırılması;

90.1.5. yaxın qohumları ilə görüşmək hüququnun məhdudlaşdırılması;

90.1.6. bir nəfərlik xüsusi otaqda saxlanılması.

90.2. Daxili intizam qaydalarını pozan Mərkəzdə könüllü yerləşdirilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində aşağıdakı tənbeh tədbirləri tətbiq edilir:

90.2.1. bu Məcəllənin 90.1.2-ci - 90.1.4-cü və 90.1.6-cı maddələrində nəzərdə tutulan tənbeh tədbirləri;

90.2.2. Mərkəzdən xaric olunma.

90.3. Tənbeh tədbiri Mərkəz rəisinin əsaslandırılmış qərarı ilə tətbiq edilir. Qərarın surəti əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə dərhal təqdim edilir və şikayət etmək hüququ ona izah olunur. Bu barədə müvafiq qeydiyyat aparılır.

90.4. Bir pozuntuya görə yalnız bir tənbeh tədbiri tətbiq edilir.

90.5. Tənbeh tədbiri Mərkəzdə müəyyən edilmiş qaydaların pozulması halları və saxlanılan şəxsin davranışı nəzərə alınmaqla tətbiq edilir. Tənbeh tədbiri pozuntunun aşkar edildiyi gündən ən geci 5 gün keçənədək, pozuntu ilə əlaqədar yoxlama aparıldıqda isə yoxlama başa çatdıqda, Maddə … q edilir. Tənbeh tədbiri pozuntunun aşkar edildiyi gündən ən geci 5 gün keçənədək, pozuntu ilə əlaqədar yoxlama aparıldıqda isə yoxlama başa çatdıqda, lakin pozuntu törədildiyi gündən ən geci 1 ay keçənədək tətbiq edilir.

90.6. Daxili intizam qaydalarını pozan şəxsin aşağıdakı hüquqları vardır:

90.6.1. hansı əməlinin daxili intizam qaydalarının pozulması hesab olunduğu barədə dərhal məlumat almaq;

90.6.2. şəxsən və ya zəruri hesab etdiyi hallarda müdafiəçi vasitəsilə müdafiə olunmaq;

90.6.3. tərcüməçinin köməyindən pulsuz istifadə etmək;

90.6.4. şahidlərin izahatının alınmasını tələb etmək və onların izahatının alınmasında iştirak etmək.

90.7. Tənbeh tədbiri verilməzdən əvvəl Mərkəzdə saxlanılan əcnəbidən və ya vətəndaşlığı olmayan şəxsdən izahat alınır. Həmin şəxs izahat verməkdən imtina etdikdə, bu barədə imtinanın səbəbləri göstərilməklə akt tərtib edilir.

90.8. Şəxs tənbeh tədbirindən yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verə bilər. Bu Məcəllənin 90.9-cu maddəsinə əsasən tənbeh tədbirinin tətbiqinin dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin verilməsi tənbeh tədbirinin tətbiqini dayandırmır.

90.9. Şikayət verildiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin tətbiqinin dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir. Maddə … ayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver