QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 91

Maddə 91. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mühafizəsi və onların üzərində nəzarət

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

91.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə mühafizə olunur və nəzarət altında saxlanılırlar. Mərkəzdə saxlanılan şəxslər Mərkəzin ərazisində işçilərin nəzarəti ilə hərəkət edirlər.

91.2. Nəzarət həyata keçirilərkən foto-video və ya digər texniki vasitələrdən istifadə edilə bilər.

91.3. Mərkəzdə saxlanılan şəxslərin daktiloskopik qeydiyyatı aparılır, fotoşəkilləri çəkilir, barəsində şəxsi axtarış tətbiq edilir, saxlanıldığı yerdə axtarış aparılır, onların əşyaları, bağlamaları, sovqatları və banderolları yoxlanılır.

91.4. Mərkəzdə məcburi yerləşdirilən şəxslər barəsində sanitariya-gigiyena tədbirləri və ya onların üzərində şəxsi axtarış Mərkəzin eyni cinsdən olan işçiləri tərəfindən həyata keçirilir.

91.5. Mərkəzdə saxlanılan şəxslərdə qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar müvafiq protokol tərtib edilməklə götürülür və Mərkəzin anbarına təhvil verilir, yaxud Mərkəz rəisinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bununla əlaqədar əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə bu Məcəllənin 90.1-ci və 90.2-ci maddələrində nəzərdə tutulan tənbeh tədbirlərindən biri tətbiq edilir.

91.6. Mərkəzdə saxlanılan şəxs özü ilə hər hansı dərman preparatları gətirdiyi halda, onlardan istifadə olunması barədə qərarı həkim qəbul edir.

91.7. Mərkəzin ərazisinə giriş və ya bu ərazidən çıxış zamanı Mərkəzin işçiləri tərəfindən gələn və gedən şəx Maddə … olunması barədə qərarı həkim qəbul edir.

91.7. Mərkəzin ərazisinə giriş və ya bu ərazidən çıxış zamanı Mərkəzin işçiləri tərəfindən gələn və gedən şəxslərin əşyaları, geyimi, o cümlədən daxil olan və çıxan nəqliyyat vasitələri yoxlanılır və qadağan olunmuş əşyalar aşkar edildikdə götürülür. Mərkəzə gələn şəxslərdə və ya nəqliyyat vasitələrində qadağan olunmuş əşyalar aşkar edildikdə, qanunla bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır.

91.8. Mərkəzdə saxlanılan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər bir Mərkəzdən başqa Mərkəzə keçirildikdə, həmin şəxslərdən götürülmüş qadağan olunmuş əşyalar siyahıya alınaraq, onları qəbul edən Mərkəzə göndərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver