QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 93

Maddə 93. Mərkəzdə fiziki qüvvənin və xüsusi vasitələrin tətbiqi

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

93.1. Hazırlanan və ya törədiləcək cinayətin və ya digər hüquqpozmaların qarşısının alınmasının, habelə Mərkəz işçilərinin qanuni tələblərinə müqavimətin aradan qaldırılmasının başqa üsullarla təmin edilməsi mümkün olmadıqda, fiziki qüvvə tətbiq edilə bilər.

93.2. Mərkəzdə xüsusi vasitələr aşağıdakı hallarda tətbiq edilə bilər:

93.2.1. Mərkəzin işçilərinə və ya digər şəxslərə Mərkəzdə saxlanılan şəxslər tərəfindən edilən hücumları dəf edərkən;

93.2.2. kütləvi iğtişaşların və ya Mərkəzdə saxlanılma rejiminin qrup halında pozulmasının qarşısını alarkən;

93.2.3. Mərkəz işçilərinin və ya Mərkəzdə rejimin təmin edilməsinə cəlb olunmuş müvafiq icra hakimiyyəti orqanı işçilərinin qanuni tələblərinə tabe olmayan və ya onlara fiziki müqavimət göstərən Mərkəzdə saxlanılan şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alarkən;

93.2.4. girov saxlanılan şəxsləri, zəbt olunmuş binaları, yerləri, qurğuları və nəqliyyat vasitələrini azad edərkən;

93.2.5. Mərkəzdə məcburi yerləşdirilən şəxslərin Mərkəzdən qaçması cəhdinin qarşısını alarkən;

93.2.6. Mərkəzdə saxlanılan şəxslərin özlərinə və ətrafdakılara zərər yetirmək cəhdlərinin qarşısını alarkən.

93.3. Fiziki qüvvə və xüsusi vasitələr tətbiq edilərkən, aşağıdakı şərtlərə riayət edilməlidir:

93.3.1. insana qarşı fiziki qüvvə, xüsusi vasitələr yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun Maddə … vasitələr yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;

93.3.2. qrup halında basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, xüsusi vasitələr qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olanlara, əlilliyi, yaxud digər fiziki və ya psixi pozuntuları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə tətbiq edilməməlidir;

93.3.3. xüsusi vasitələr yalnız real təhlükənin qarşısı alınarkən tətbiq edilə bilər;

93.3.4. fiziki qüvvənin, xüsusi vasitələrin tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır;

93.3.5. hüquq pozuntusunun xarakterindən və təhlükəlilik dərəcəsindən, eləcə də göstərilən müqavimətin gücündən asılı olaraq, vurulan zərərin minimal olmasına cəhd edilməlidir;

93.3.6. bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın göstərilməsi təmin edilməlidir.

93.4. Fiziki qüvvənin və xüsusi vasitələrin tətbiqi haqqında müvafiq qeydiyyat aparılır. Mərkəzin işçiləri tərəfindən fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edildiyi hər bir halda Mərkəzin rəisi bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.

93.5. Mərkəzin işçiləri tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin tətbiq edildiyi hər bir halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xidməti yoxlama aparılmalı Maddə … ri tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin tətbiq edildiyi hər bir halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlanmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver