92.1. Mərkəzin işçilərinin aşağıdakı vəzifələri vardır:
92.1.1. Mərkəzə gəlmiş və ya gətirilmiş şəxsi müvafiq qaydada qəbul etmək;
92.1.2. Mərkəzdə məcburi yerləşdirilən şəxsə Mərkəzdə saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanını yaratmaq (Mərkəzin işçiləri Mərkəzdə məcburi yerləşdirilən şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixoloji vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsləri ilə verə bilməzlər);
92.1.3. Mərkəzdə yerləşdirilən şəxsin Mərkəzdə saxlanıldığı (tutularaq gətirilən şəxslər barədə isə harada tutulduğu) barədə onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat vermək və belə məlumatın verildiyini qeydə almaq;
92.1.4. Mərkəzə qəbul edilən şəxsin təxirə salınmadan tibbi müayinədən keçirilməsini təmin etmək;
92.1.5. Mərkəzdə saxlanılan şəxsi hüquq və vəzifələri, daxili intizam qaydaları ilə tanış etmək və ona bu barədə izah vermək;
92.1.6. Mərkəzdə saxlanılan şəxsin müdafiəçisi, qanuni nümayəndəsi, qohumları ilə, habelə həmin şəxsə hüquqi yardım göstərən və ya əlaqələri onun üçün maraq doğuran digər şəxslərlə görüşlərini təşkil etmək;
92.1.7. Mərkəzdə saxlanılan şəxslərin təhlükəsizliyini təmin etmək;
92.1.8. Mərkəzdə saxlanılan şəxslərin müraciətlərini qeydiyyata alma Maddə … təşkil etmək;
92.1.7. Mərkəzdə saxlanılan şəxslərin təhlükəsizliyini təmin etmək;
92.1.8. Mərkəzdə saxlanılan şəxslərin müraciətlərini qeydiyyata almaq;
92.1.9. Mərkəzdə saxlanılan şəxslərin müraciətlərinin göndərilməsini təmin etmək;
92.1.10. cinayət prosesini həyata keçirən orqanın müraciətinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanına məlumat verməklə, Mərkəzdə saxlanılan şəxsin iştirakı ilə Mərkəzdə istintaq hərəkətlərinin, yaxud digər prosessual hərəkətlərin aparılmasına şərait yaratmaq;
92.1.11. Mərkəzdə saxlanılan şəxsləri müvafiq icra hakimiyyəti orqanına qərarına əsasən digər Mərkəzə köçürmək;
92.1.12. Mərkəzdə saxlanılan şəxsin telefonla danışmaq hüququnun təmin edilməsinə şərait yaratmaq;
92.1.13. Mərkəzdə saxlanılan şəxsin saxlanılma müddətinin başa çatmasına 1 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat vermək;
92.1.14. Mərkəzdə saxlanılan şəxsin notariusun xidmətlərindən istifadə etməsinə şərait yaratmaq.
92.2. Mərkəzin işçiləri şəxsin Mərkəzə qəbul olunmasından sonra keçirilmiş tibbi müayinəsinin nəticələrinin onun sağlamlığı barədə qeydə alınmış məlumatlarına əlavə olunmasını təmin etməlidirlər.